“Azercell” fevral ayı üçün Facebook sosial şəbəkəsinin lideridir
Bakı, 13 mart,
AZƏRTAC“Azercell” Telekom MMC növbəti dəfə Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştəri istəklərinin 100 faiz cavablama nəticəsini əldə edib.
Şirkətdən
AZƏRTAC-a bildiriblər ki, “Azercell” bu ilin fevral ayı üçün sosial şəbəkə üzərindən müştərilər tərəfindən verilən bütün sualları cavablandırıb və ölkənin bütün brendləri arasında ötən ay üçün liderdir. “Azercell” dəfələrlə, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə “Azercell”in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda “Azercell” şirkətinin rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 400 min nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan “Azercell” hər zaman olduğu kimi, digər yenilikçi sahələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.
Ətraflı məlumatı
news@mcs.azünvanından əldə etmək olar.