Ölkə

Azərbaycanlı meteoroloqun adı dünaynın aparıcı qadın əməkdaşları siyahısına daxıl edilib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyevanın adı Dünya Meteorologiya Təşkilatının dünyanın aparıcı qadın elmi əməkdaşları siyahısına daxil edilib


Coğrafiya İnstitutundan

AZƏRTAC

-a bildiriblər ki, təşkilatın TOP-10 siyahısında azərbaycanlı meteoroloqla yanaşı, ABŞ, İtaliya (iki nəfər), Argentina, Çili, Litva, Dominikan Respublikası, Tanzaniya və Macarıstandan qadın əməkdaşlar yer alıblar.


Qeyd edək ki, 1950-ci ildə yaradılmış Dünya Meteorologiya Təşkilatı BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Təşkilat BMT-nin Yer atmosferinin vəziyyəti və onun okeanlarla əlaqələri sahəsində müşahidə məsələləri üzrə səlahiyyətli orqanıdır. Dünya Meteorologiya Təşkilatının mənzil-qərargahı Cebevrədədir.


Təşkilatın yaranması barədə Konvensiyanın qüvvəyə mindiyi gün – martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd edilir.