Ölkə

Azərbaycanlı iş adamı saxlanıldı

Metbuat.az

Kazan şəhərində yanan “Admiral” Ticarət Mərkəzinin sahibi Hüseyn Qəhrəmanov saxlanılıb.



ANS PRESS-in məlumatına görə, 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma aparan Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamının saxlanılması ilə bağlı məlumat yayıb. Onun həbs edilib-edilməyəcəyi yaxın günlərdə bilinəcək.



Xatırladaq ki, dünən Kazanda fəaliyyət göstərən “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanıb.



Azərbaycanlı iş adamı Rusiya mətbuatına açıqlamasında bazarın yandırılması ilə bağlı təhdidlər aldığını bildirib.

Mənbə
ANS PRESS