Ölkə

Azərbaycanlı deputat “Minsk dialoqu” mövzusunda keçiriləcək konfransda iştirak edəcək

Metbuat.az

Bakı, 20 mart, Əsəd Məmmədov,

AZƏRTAC

 


Milli Məclisin deputatı Rasim Musabəyov “Minsk dialoqu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün martın 26-dan 28-dək  Belarus  Respublikasında  səfərdə olacaq.


Milli Məclisin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, paytaxt Minsk şəhərində keçiriləcək toplantı Avropa Komissiyasının dəstəyi, Belarus Liberal Klubu və Ostroqorsk Mərkəzinin  təşkilatçılığı ilə  baş tutacaq. 


Azərbaycanlı deputat konfransda müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.