Ölkə

Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

Metbuat.az

[ 04 Mart 2015 15:23 ]


Bakı – APA. Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başa çatıb.

APA-nın məlumatına görə, görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.