İqtisadiyyat
Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb
"Report"un
Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal əməliyyatları 43,45% artaraq 1,707 mlrd. dollar, ixrac isə 38,21% azalaraq 2,335 mlrd. dollar təşkil edib. Hesabat dövründə xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma müşahidə edilib və bu göstərici təxminən 4 dəfə azalaraq ötən il yanvar-fevral ayındakı 2,559 mlrd. dollardan 627,4 mln. dollara düşüb.
Qeyd edək ki, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana 4 094 çeşiddə mal idxal olunub. Həmçinin, bu müddətdə ölkədən 724 çeşiddə mal ixracı həyata keçirilib.