İqtisadiyyat

Azərbaycanın energetika naziri III Beynəlxalq “Xəzər dəhlizi” konfransında iştirak edəcək

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə martın 12-də Londonda III Beynəlxalq “Xəzər dəhlizi” konfransı (Caspian Coridor Conference) keçiriləcək. Konfransda Azərbaycanın energetika naziri Natiq Əliyev iştirak edəcək.


Energetika Nazirliyindən

AZƏRTAC

-a verilən məlumata görə, konfransda Xəzər regionunda enerji layihələrinin perspektivləri və iqtisadi inkişaf prioritetləri müzakirə olunacaq. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan TAP və TANAP layihələrinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib.


Həmçinin “Xəzər dəhlizi” konfransı çərçivəsində regionun iqtisadi artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regiondakı biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır.