İqtisadiyyat

Azərbaycandilli “Vikipediya”da “Şotlandiya ayı” martın 20-si başa çatır

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Azərbaycandilli “Vikipediya”da martın 20-dək “Şotlandiya ayı” keçirilir.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, “Şotlandiya ayı” – “Mövzulu ay” layihəsinin bir hissəsi kimi Şotlandiya haqqında məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.


Layihə iştirakçıları “Vikipediya:Mövzulu ay/Şotlandiya ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin Şotlandiya ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.


Qeyd edək ki, bu layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.