Texnologiya

Azərbaycandilli “Vikipediya”da “Mövzulu ay” layihəsi davam edir

Metbuat.az

Azərbaycandilli “Vikipediya”da martın 20-dək “Şotlandiya ayı” keçirilir.


 


“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “Şotlandiya ayı” – “

Mövzulu ay

” layihəsinin bir hissəsi kimi Şotlandiya haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.


 


Layihə iştirakçıları  “

Vikipediya:Mövzulu ay/Şotlandiya ayı/Plan

”  səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin Şotlandiya ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.


 


Qeyd edək ki, bu layihə “

Azərbaycan vikimediaçıları”  istifadəçi qrupunun

  təşəbbüsü ilə həyata keçirilir.


 


CAHANGİR