Ölkə

Azərbaycanda zəlzələ oldu

Metbuat.az

Gəncədə zəlzələ baş verib.



ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 13:49-da Gəncə ərazisində 14 km dərinlikdə qeydə alınıb.



Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala kimi hiss olunub.



Yeraltı təkanın maqnitudası 3.7 olub.



Qeyd edək ki, sonuncu dəfə Azərbaycan ərazisində zəlzələ dünən Qəbələdə qeydə alınmışdı. Oradakı titrəyiş hiss olunmayıb.

Mənbə
ANS PRESS