Ölkə

Azərbaycanda zəlzələ

Metbuat.az

Bu gecə Xəzərdə qeydə alınan zəlzələ Lənkəranda da hiss olunub.



ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 04:42:35-də meydana gəlib.



Yeraltı təkanlar Astaradan 13 km cənubi-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.



Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.



Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda iki gün əvvəl Mingəçevir şəhərində zəlzələ baş vermişdi.

Mənbə
ANS PRESS