Ölkə
Azərbaycanda yay vaxtı başlayıb
Bakı, 29 mart,
AZƏRTACBu gün saat 04.00-da saatların əqrəbi 1 saat irəli çəkilməklə Azərbaycan yay vaxtına keçib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart Qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.