Maraqlı

Azərbaycanda qeyri-adi hadisə - VİDEO

Metbuat.az
Mütəxəssislər heyvanın yaşamaq şansının aşağı olduğunu deyirlər

Bərdədə yumurtadan çıxan cücə digərlərindən 4 ayağı olmasına görə fərqlənib. Görənləri təəccübləndirən əlavə ayaqlar isə cücənin yeriməsini çətinləşdirir.



ANS TV-nin məlumatına görə, Bərdənin Alaçadırlı kəndinin sakini

Zeynəb Rzayeva

3 ildir şəxsi təsərrüfatında müxtəlif ev quşları bəsləyir. Əksər hallarda ev quşlarını öz təsərrüfatında yetişdirən Zeynəb xanım bəzən də rayondakı cücə sexlərindən aldığını deyir. Ötən həftə isə aldığı cücələrdən birinin 4 ayağı olduğunu 3 gün sonra görüb. İndiyə qədər belə hala rast gəlmədiyini deyən təsərrüfat sahibi bunu möcüzə adlandırır.



“O, cücələrdən bir az fərqlənir. Ancaq yeməyi yaxşıdı. Ancaq elə bil yerişində bir az fərq var”, – deyə Zeynəb Rzayeva bildirib.



Mütəxəssislər bu cür hadisələrin nadir hallarda baş verdiyini söyləsə də, burada heç bir möcüzənin olmadığını deyirlər. Onlar bunu, sadəcə olaraq, yumurtadakı toxumda normal inkişafın getməmsilə əlaqələndirirlər.



Baytar

Hafiz Məmmədov

deyir ki, bu cür hallar tez-tez deyil, nadir hallarda baş verir.



Bərdə rayon baytarlıq idarəsində onu da bidirdilər ki, bu cür anormal halların baş verdiyi heyvanların yaşamaq şansı aşağı olur.



Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.