İqtisadiyyat

Azərbaycanda məişət avadanlıqlarının satışı ilə məşğul olan iri şirkətə iş qaldırılıb

Metbuat.az

[ 05 Mart 2015 16:17 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, son günlərdə qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.

“ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.