İqtisadiyyat

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1688,7 min manat olub

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Cari ilin ilk iki ayında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1688,7 min manat olub.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən elektron ticarətin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artıb.


Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9 faizini qeyri-ərzaq malları təşkil edib.