Ölkə

Azərbaycanda dəhşət: 3 ölü

Metbuat.az

Bu gün Mingəçevirdə ağır yol qəzası baş verib.



Mingəçevir rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.



Zərbənin təsirindən avtobus aşıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfərdən çox adam yaralanıb.



Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub.



İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS