İqtisadiyyat
ANS-TV
Azərbaycanda banklarda əmanətlər 10% artıb
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb.
ANS TV-nin məlumatına görə, 2015-ci il fevralın 1-nə olan xəbərdə əhalinin banklardakı əmanətlərinin 7,1 milyard manat təşkil etdiyi bildirilir.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artım deməkdir.
Ötən ilin fevral ayında isə əmanətlərin həcmi 6.4 mlrd manat olub. Əmanətlərin 4,3 milyard manatı və ya 60 faizi milli, qalan 2,8 milyard manatı isə xarici valyutada qoyulub.
Onu da xatırladaq ki, əmanətlərin 75 faizdən çoxu özəl banklarda yerləşdirilib.
MənbəANS-TV