Ölkə

Azərbaycanda 9 yaşlı uşaq kanalda batdı

Metbuat.az

Cəlilabadda 9 yaşlı uşaq kanalda batıb.



ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.



Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. X.Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Mənbə
ANS PRESS