Ölkə
ANS PRESS
Azərbaycan yay vaxtına keçdi
Azərbaycanda yay vaxtına keçildi.
ANS PRESS-in Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikasında yay vaxtına keçildi.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
MənbəANS PRESS