İqtisadiyyat
AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb
Bakı, 17 mart, Elvira Məmmədova,
AZƏRTACMartın 17-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Auditorlar Palatasının nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, görüşdə ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov iki qurum arasında auditor inkişafı istiqamətində münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra ATMU ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb.
Sənədi C.Cəfərov və V.Novruzov imzalayıblar.
Tədbir çərçivəsində “Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər” mövzusunda ilk birgə seminar keçirilib.