Ölkə
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda görüş
Bakı, 12 mart,
AZƏRTACMisir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
Fondun mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə Elçin Babayev qonağa qurumun yaranma tarixi, görülən işlər, həyata keçirilən layihələrdən söz açıb.
Əhməd Sami əl-Aydi də öz növbəsində Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyətindən, elmi və mədəni sahəyə olan maraqlarından danışıb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi sahəsində bir sıra müştərək tədbirlərin, müsabiqələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.