Ölkə
Azərbaycan parlamentinin üzvü İstanbulda keçiriləcək “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” seminarına qatılacaq
[ 19 Mart 2015 17:43 ]
Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunmuş seminarda iştirak etmək üçün martın 25-də İstanbula gedəcək.
Parlamentdən APA-ya verilən məlumata görə, AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi bu tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır.
Tədbirdə Parlamentarilərin davranış kodeksləri və Siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılacaq. İkinci mövzunun müzakirəsi zamanı seminara Ə. Hüseynli sədrlik edəcək.
Səfər martın 28-də başa çatacaq.