Ölkə

Azərbaycan parlamentinin növbəti iclasının tarixi müəyyənləşib

Metbuat.az

[ 09 Mart 2015 17:08 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin növbəti iclası martın 17-də baş tutacaq.

İclasın gündəliyinə yalnız Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatı daxildir.

Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasi-zadə təqdim edəcək.