İqtisadiyyat

Azərbaycan ötən il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 22 milyon ton mənfəət nefti əldə edib

Metbuat.az

Bakı, 11 mart, Nihat Budaqov,

AZƏRTAC

2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə 32 milyon ton neft hasil edilib. Həmin neftin 22 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşüb.


AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum–2015”dəki çıxışında deyib.


Akademik bildirib ki, 1997-ci ilin noyabrından bu ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə hasil edilən 360 milyon ton neftin 196 milyon tonu Azərbaycanın mənfəət nefti olub.