Azərbaycan nümayəndə heyəti Aşqabadda Sənayeçilər və sahibkarlar İttifaqının tədbirlərində iştirak edir
Aşqabad, 18 mart,
AZƏRTACTürkmənistanın paytaxtı Aşqabadda Türkmənistanın Sənayeçilər və sahibkarlar İttifaqı tərəfindən təşkil edilən beynəlxalq sərgi və konfrans öz işinə başlayıb.
Tədbirlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə, ölkəmizdə fəaliyyət göstərən “Müller interyer” şirkətinin vitse-prezidenti Vüqar Zeynalov, “İNKOEL” şirkətinin direktoru Namiq Cavadov, “ASK Busines& Consulting” şirkətinin direktoru Ramiz Vəliyev, “Caspian Engeneering-AzMeKo” şirkətinin baş direktoru Arif Quliyev, “Global Network” şirkətinin baş direktorunun müavini Ülvi Bədəlov və “AKKORD” şirkətinin direktoru Sahib Məmmədov iştirak edirlər.
Bu tədbirlər çərçivəsində Azərbaycandan olan nümayəndələr səfir V.Sultanzadənin təklifi və tövsiyəsi ilə Türkmənistanın Sənayeçilər və sahibkarlar İttifaqının nümayəndələri ilə, Türkmənistanlı iş adamları ilə görüşüb, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad