İqtisadiyyat

​Azərbaycan neftinin qiyməti 60 dolları keçib

Metbuat.az

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar yaxud 5,21% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37 dollara bərabərdir.


Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub.