İqtisadiyyat

​Azərbaycan nefti yenidən ucuzlaşıb

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar, yaxud 1,34% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,56 dollara bərabərdir.


Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 60,37 dollar/barel olub.