İqtisadiyyat
Azərbaycan nefti 4% ucuzlaşıb
Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,29 dollar, yaxud 3,85% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (
SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 57,27 dollara bərabərdir.
Xatırladaq ki, ötən həftənin sonunda və dünən bu rəqəm 59,56 dollar/barel olub.