İqtisadiyyat

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Metbuat.az

[ 28 Mart 2015 10:54 ]



Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan neftinin qiyməti düşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,34% və ya 0,81 dollar ucuzlaşaraq  59,56 dollar olub.