Texnologiya

Azərbaycan iri regional DATA-mərkəzi istismara verir

Metbuat.az

Regionda Tier3 səviyyəli iri DATA-mərkəz Azərbaycanda martın sonuna istismara veriləcək. Bunu

Trend

-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.



Nazirlikdən bildiriblər ki, DATA-mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına xidmət edir və bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək.



Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Tier3 səviyyəli DATA-mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.



Milli.Az