Texnologiya
Aynur Vəliyeva
Azərbaycan İpoteka Fondu İT sistemlərinin auditini keçirəcək
Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu İT sistemlərinin auditini həyata keçirməyə hazırlaşır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fond hazırda informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üzrə xidmətlərini göstərəcək şirkətlərlə danışıqlar aparır.
Bununla yanaşı, fond veb səhifəsinin illik dəstəklənməsi xidmətlərini göstərəcək şirkətlərlə danışıqlar aparır. Lakin məlumatlara əsasən, bu il aprelin ikinci yarısında qeyd edilən işlərin icrasına başlanılacaq.
Aynur Vəliyeva