İqtisadiyyat
Azərbaycan ilə Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri müzakirə ediləcək
Bakı, 10 mart,
AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə səfər edib.
Bu barədə
AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
İclasda ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində, o cümlədən aqraryönümlü elmi-tədqiqat institutları arasında, baytarlıq və fitosanitariya sahələrində əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının Belarusa ixracı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.