İqtisadiyyat
“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı günlərində gücləndirilmiş iş rejiminə keçəcək
Bakı, 16 mart,
AZƏRTACNovruz Bayramı günlərində (20-28 mart) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.
Bu barədə
AZƏRTAC-a səhmdar cəmiyyətin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Bununla bağlı iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.
Eyni zamanda bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.