İqtisadiyyat
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb
Bakı, 13 mart,
AZƏRTACQiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından
AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 100 milyon 17 manat, qiymətli kağızın miqdarı 370 milyon 370 min 371 ədəd, nominal dəyəri 27 manatdır. “İnterneyşnl Tranzakşn Sistem” MMC anderrayter vəzifəsində çıxış edir.