Azər-Türk Bank-da ödəniş kartları üzrə yaz kampaniyası
Bakı, 4 mart, AZƏRTAC
Azər-Türk Bank müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, MasterCard ödəniş kartlarının müxtəlif növlərini indi 50 faiz endirimlə almaq olar. Martın əvvəlindən başlanan kampaniya yaz ayları boyunca davam edəcək. Azər-Türk Bankın ödəniş kartları vasitəsilə “Card-to-Card”, “SMS-bankçılıq”, “SMS-xəbərdarlıq”, “İnternet-bankçılıq” xidmətlərindən faydalanmaq mümkündür. Azər-Türk Bankın ödəniş kartlarının əsas üstünlüyü isə bu kartların “3D Secure” xidməti ilə təmin olunmasıdır.
Bu kampaniya, eləcə də bankın digər məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, 945 nömrəli Müştəri Xidmətindən və Azər-Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.