AZAL ile “Turk Hava Yollari” arasinda kod-serinq sazisi quvveye minib
[ 29 Mart 2015 09:42 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gündən “Azərbaycan Hava Yolları” (AZAL) ilə “Türk Hava Yolları” (THY) arasında imzalanmış kod-şerinq sazişi qüvvəyə minir.
“APA-Economics”in məlumatına görə, AZAL və “Türk Hava Yolları” arasında imzalanmış bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır.
Kod-şerinq sazişi çərçivəsində AZAL-ın Bakı - İstanbul Atatürk/ Sabiha Gökçen/ Ankara istiqamətləri üzrə reyslərində “Türk Hava Yollar”nın marketinq kodu yerləşdiriləcək. Eyni zamanda, AZAL-ın marketinq kodu isə, “Türk Hava Yolları”nın İstanbul - Bakı / Naxçıvan / Gəncə və Sabiha Gökçen – Bakı istiqamətləri üzrə reyslərində yerləşdiriləcək.
Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.
Qeyd edək ki, martın 15-də AZAL və “Türk Hava Yolları” Azərbaycanla Türkiyə arasındakı istiqamətlər üzrə kod-şerinq sazişi imzalanıb.