İqtisadiyyat
Avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur
Bakı, 3 mart,
AZƏRTAC“Koroğlu” metro stansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək. Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub.