Maraqlı
Avropada ilin avtomobili seçildi
Orta ölçülü alman sedanı Volkswagen Passat B8 nüfuzlu Car Of The Year 2015 – 2015-ci ildə Avropada İlin Avtomobili müsabiqəsinin əsas mükafatını qazanıb. Yeni Passat 22 ölkədən 58 jurnalist arasında keçirilən səsvermədə ən çox xal toplayıb.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən yaxşı avtomobil adına iddiaçılar arasında Mercedes-Benz C-Class, Ford Mondeo, Citroen C4 Cactus, Nissan Qashqai, BMW 2-Series Active Tourer və Renault Twingo kimi avtomobillər də var idi.
Xatırladaq ki, alman şirkəti bu mükafatı iki il əvvəl də qazanmışdı. O zaman ən yaxşı maşın Golf seçilmişdi.
Yeni Volkswagen Passat B8 340 xal toplayaraq ikinci yeri tutan Citroen C4 Cactus (248 xal) yığcam yolsuzluq avtomobilini xeyli geridə buraxıb. Müsabiqənin yekun mərhələsində iştirak etmiş modellər topladıqları xallara görə belə sıralanıb:
1. Volkswagen Passat - 340 xal
2. Citroen C4 Cactus - 248
3. Mercedes-Benz C-Class - 221
4. Ford Mondeo - 203
5. Nissan Qashqai - 160
6. BMW 2-Series Active Tourer - 154
7. Renault Twingo - 124
Milli.Az