Avropa özünə ordu yaratmaq istəyir
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa ordusunun yaradılmasına çağırıb. Jan-Klod Yunker bu təkliflə çıxış edəndə bildirib ki, əgər belə bir addımla dünyaya qurum ölkələri arasında heç zaman müharibə olmayacağını göstərmək olar. "Bu cür ordu bizə vahid xarici və təhlükəsizlik siyasəti həyata keçirməyə imkan verə bilər", deyə o, alman nəşri olan "Welt am Sonntag"a müsahibəsində deyib.
Bir müddət öncə ölkədə eynicinslilərin nigahını qanuniləşdirən Finlandiya prezidenti Sauli Niiniste də Avropa İttifaqı ordusunun yaradılmasını təklifini dəstəkləyib.
Dövlət başçısı əmindir ki, onun həmvətənləri də bu ideyanı dəstəkləyəcəklər. Onun sözlərinə görə, belə ordunun yaradılması Avropa ittifaqının dəyərlərinin qorunması üçün atıla biləcək ciddi addımdır.
Xatırladaq ki, bu gün NATO-nun keçmiş baş katibi Havyer Solana Brüsseldə ekspert hesabatını təqdim etməlidir. Bu hesabatda Avropanln təhlükəsizliyi üçün yeni strateqiyanın vacibliyi qeyd edilib.
Mənbə
ANS PRESS