Dünya

Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının açılışı iğtişaşlarla müşayiət olunub

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Almaniyanın Frankfurt-Mayn şəhərində Avropa Mərkəzi Bankının (AMB) yeni mənzil-qərargahının açılışı nümayişçilərin polislə toqquşması ilə müşayiət olunub.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, radikallar bəzi küçələri bağlayıb, onlarla avtomobili yandırıb, həmçinin polisi daşa basıblar. Nəticədə asayiş keşikçiləri bir neçə dəfə gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Hər iki tərəfdən yaralananlar olduğu, təxminən 350 nümayişçinin həbs edildiyi bildirilir.


Qlobalizm əleyhdarlarının “Blockupy” hərəkatı tərəfindən təşkil edilən aksiyasında bir neçə min insanin iştirakı gözlənilir. Onlar AMB-nin əsasən Cənubi Avropa ölkələrinə yönələn sərt iqtisadi tədbirlərin də yer aldığı siyasətinə etiraz edirlər.


Avropa Mərkəzi Bankının yeni binası polislər tərəfindən güclü mühafizə olunur. Frankfurtda asayişi 10 minə yaxın polisin qoruduğu bildirilir. Şəhərin mərkəzindəki mağazaların əksəriyyəti qısaldılmış iş rejimində fəaliyyət göstərir.


Qeyd edək ki, AMB-nin Frankfurt-Mayn şəhərindəki yeni mənzil-qərargahı 1 milyard 300 milyon avroya başa gəlib.