Maraqlı
Audi hibridi göstərdi - FOTO
Audi şirkəti Cenevrə avtosalonu çərçivəsində dünya ictimaiyyətinə uzunluğu beş metrdən çox olan və qənaətcil hibrid qurğusu ilə təchiz edilmiş unikal Prologue Avant konsepti təqdim edib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobili hərəkət etdirən hibrid qurğusu 3,0 litrlik turbodizel, elektrik mühərriki və 14 kilovatlıq litium-ion akumulyator dəstindən ibarətdir. Belə qurğu 455 a.g. və 750 Nm fırlanma anı hasil edə bilir. Avtomobil ilk yüzlüyə 5,1 saniyədə sürətlənir və maksimum saatda 250 km sürətlə hərəkət edir. Konsept hər 100 km məsafədə cəmi 1,6 litr yanacaq sərf edir. Yalnız elektrik hesabına maşın 54 km gedə bilər.
Milli.Az