İqtisadiyyat

“AtaBank” ASC öz stabilliyini qorudu

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" səviyyəsində "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləyib.


“AtaBank” ASC-nin icraçı direktoru, idarə heyətinin üzvü Elnur Osmanov reytinq ilə bağlı

AZƏRTAC

-a bildirib ki, bu reytinq Bankın stabilliyini və menecmentin strateji qərarların qəbul edilməsi zamanı məsələyə bir sıra aspektlərdən yanaşdığını göstərir. Bank növbəti illərdə reytinqinin daha da artırılması istiqamətində kompleks tədbirlərin reallaşdırılmasını davam etdirəcək.