Ölkə
AZƏRTAC
Astaranın Telman kəndinə təbii qaz verilib
Astara, 22 mart,
AZƏRTACRegionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq martın 22-də Astara rayonunun daha bir yaşayış məntəqəsinə-Telman kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC
xəbər verir ki, bu münasibətlə kənddə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri əlamətdar hadisə və Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, bu il rayonun daha 3 kəndinə təbii qaz veriləcək.
Kənd sakinləri Novruz bayramı günlərində onlara ərməğan edilən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.