Ölkə

Astarada ağacəkmə kompaniyası davam edir

Metbuat.az

Astara, 24 mart, Bağır Əliyev,

AZƏRTAC

Elimizə, obamıza bahar gəlib, torpaq qış yuxusundan oyanıb, çöllər yaşıllaşır, hamı təmizlik, abadlıq, yaşıllaşdırma işləri ilə məşğuldur. Əhali torpağa üz tutur, bağları, bağçaları belləyir, qurumuş ərazini yumşaldır , əkin-səpin aparır.


AZƏRTAC

xəbər verir ki, Astarada ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyasına yenidən start verilib.


Martın əvvəllərindən balayaraq rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri öz ərazilərində abadlıq, səliqə-sahman yaradaraq ərazidə yüzlərlə yerli, həmişəyaşıl və bəzək ağacları əkiblər.


Astara şəhərində, Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Siyəkü, Şiyəkəran, Şüvi, Şahağac kəndlərində yerləşən park və xiyabanlarda həmişəyaşıl ağaclar əkilib, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilib.


Ağacəkmə kompaniyasında rayon meşə mühafizəsi və bərpası, suvarma sistemləri idarələrinin, 52 nömrəli yol istismarı sahəsinin, ümumtəhsil məktəblərinin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin kollektivləri daha çox fəallıq göstəriblər.


Martın sonuna qədər rayonun bütün yaşayış məntəqələrində ağacəkmə kompaniyası davam edəcəkdir.