Ölkə
“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək
Bakı, 19 mart,
AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində də öz fəaliyyətini davam etdirəcək.
Martın 20-24-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. Martın 25-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.