İqtisadiyyat

Artıq bütün “Nar Mobile” abunəçiləri 42,2 Mbps sürətədək yükləmələr apara biləcəklər

Metbuat.az

[ 19 Mart 2015 12:33 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar Mobile” şirkəti abunəçilərinə yüksək sürətli internet təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni xidmət yükləmənin maksimal sürətini 42,2 Mbps-a çatdıraraq, bütün cari internet paketlərində, eləcə də adi trafik üzrə istifadə ediləcək.

Qeyd edək ki, bu xidmətdən istifadə etmək üçün nə xüsusi qeydiyyat, nə də telefonun ayarlanması tələb olunur. Bu fürsətdən yararlanmaq üçün abunəçi birbaşa “Dual Carrier” texnologiyasını dəstəkləyən cihazdan (“Apple”, “HTC”, “Huawei”, “Nokia”, “Samsung”, “Sony Xperia” və s. smartfon, planşet və digər “3G DC-HSPA+” texnologiyasını dəstəkləyən cihaz) istifadə etməlidir.