İqtisadiyyat

ARDNŞ-in abreviaturası dəyişib

Metbuat.az

[ 17 Mart 2015 07:43 ]


Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycanda ən böyük təbii inhisar subyekti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) abreviaturası ilə bağlıdır.

Dəyişikliyə əsasən “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilib.