Dünya

Apple satdığı smartfonların sayına görə Samsung kompaniyasını geridə qoydu

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

2014-cü ilin dördüncü rübündə iPhone bazarda ən populyar smartfon olub. Bu, Apple kompaniyasına satılan smartfonların sayına görə Samsung kompaniyasını qabaqlamağa imkan verib.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Amerikanın Apple kompaniyası keçən ilin son üç ayında 75 milyon smartfon satıb. Eyni dövr ərzində Koreya nəhənginin satdığı smartfonların sayı isə 73 milyon olub. Halbuki, bir il bundan əvvəl Samsung 83 milyon, Amerika şirkəti isə 50 milyon smartfon sata bilmişdi.


Smartfon bazarında üçüncü yeri rüb ərzində 24 milyondan çox satışa imza atan Lenovo tutur. Onun ardınca isə 21 milyon qurğu satmağa müvəffəq olan Huawei gəlir. İlk beşliyi 18 milyon smartfon satan Xiaomi tamamlayır. Ümumilikdə isə keçən ilin 4-cü rübündə 368 milyon smartfon satılıb.