Dünya

Angela Merkel Moskvada Qələbənin 70 illik yubiley mərasimində iştirak etməyəcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Almaniya kansleri Angela Merkel Moskvada Qələbənin 70 illik yubiley mərasimində iştirak etməyəcək.


AZƏRTAC

Almaniyanın Die Zeit nəşrinə istinadla xəbər verir ki, Angela Merkel bu qərarı qəbul edənədək çox götür-qoy etməli olub. Nəhayət, bir neçə gün bundan əvvəl qəti qərar qəbul edilib.


Məqalədə qeyd olunur ki, buna baxmayaraq, Almaniya kansleri Moskvaya səfər edəcək. Lakin bu səfər faşizm üzərində Qələbənin 70 illik yubileyi günündə deyil, mayın 10-da olacaq. Kanslerin həmin gün Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Naməlum əsgərin Kreml divarı önündəki məzarını ziyarət edəcəyi də gözlənilir.


Qeyd edək ki, Polşa Prezidenti Bronislav Komovorski də Moskvada keçiriləcək Qələbənin 70 illik yubiley mərasimində iştirak etmək üçün Rusiyaya getməyəcəyini bildirib. Bronislav Komovorski Avropa ölkələrinin başçılarını İkinci Dünya müharibəsinin başa çatmasının 70 illik yubileyini Polşanın Vesterplatte yarımadasında bayram etməyə çağırıb.