Ölkə

Ana və 3 oğlu zəhərləndi - AZƏRBAYCANDA

Metbuat.az

Lənkəranda ana və üç oğlu dəm qazından zəhərlənib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 12-də Lənkəran rayonunun Rvo kəndində yaşayan Nərminə Şərbətzadə, oğlanları Əmrah, Pərviz və Elgiz evlərində dəm qazından zəhərlənib.

Onlar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.